Bakıda kirayə mənzil bazarında ucuzlaşma müşahidə edilir. Bu barədə "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib. Onun sözlərinə görə, sentyabr ayı ilə müqayisədə oktyabr ayında Bakıda kirayəə mənzillər 2,83%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 10,85% ucuzlaşıb.
N.İbrahimov bildirib ki, kirayə evlərin qiymətlərində avqust-sentyabr aylarında sıçrayışlı artım olmuşdu. Ona görə də oktyabr ayında əvvəlki məcrasına qayıtdı.
Əmlak bazarı üzrə ekspert Vaqif Hüseynov açıqlamasında oktyabrda kirayə mənzillər bazarında qiymətlərin əvvəlki səviyyəyə düşdüyünü bildirib. O bildirib ki, hazırda yerləşmə yerindən aslı olaraq kirayə evlərin qiyməti 250-400 manat arasında dəyişir. Hazırda şəhərin mərkəzi hissələrində bütün avadanlıqlarla birlikdə 2 otaqlı mənzili isə 300-400 manata kirayələmək olar.
Bakıda mənzillərin kirayəsi neçəyədir? – SON VƏZİYYƏT
14:27
23 Noy 2017