Karantin tədbirlərindən sonra Bakı şəhərində ərzaq məhsulların tələbat azalıb.
Eləcə də bax: Şadlıq evləri: «İşçiləri evə buraxırıq - ƏRZAĞI QAYTARIRIQ»
Bu barədə FED.az-a Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Vüqar Hüseynov bildirib: «Nazirlik yanında Aqrar Tədqiqatlar Mərkəzi azalma ilə bağlı araşdırma aparıb. Daxili bazarda ərzaq və kənd təsərrüfatı məhsullarına olan tələbatda təxminən 5%-ə qədər azalma müşahidə olunur».
Nazirlik rəsmisi bildirib ki, azalma karantinə görə restoran və ya şadlıq evlərinin fəaliyyət göstərməməsi ilə bağlıdır: «Məlumdur ki, karantin tədbirləri ilə əlaqədar şadlıq evləri, kafe və restoranlar, turizm və xidmət obyektləri fəaliyyətin dayandırıb. Bu obyektlər kənd təsərrüfatı məhsullarının əsas topdansatış alıcıları idi. Bunlar da fəaliyyətin dayandırdığına görə, bazarlarda kənd təsərrüfatı məhsullarına tələbat bir qədər azalıb. Nəticədə daxili bazarda məhsul təklifi artıb ki, bu da məhsul bolluğuna, qiymətlərə xeyli təsir göstərir».