Bakıda ən çox tamaşaçı olan kinoteatrlar məlum olub.
FED.az xəbər verir ki, Business İnsight İnternational Reasch Groupun apardığı araşdırmadan belə məlum olub ki, hər 10 nəfərdən yalnız 2,4 kinoteatra gedir. Bu da 23,5%-dır. Amma buna baxmayaraq kinoteatrlara gedənlərin sayında artım var. Buna əsas səbəblərdən biri kinozalların artması göstərilir.
Eləcə də bax:Bakıda məşhur kinoteatrın yerində - TİCARƏT MƏRKƏZİ TİKİLƏCƏK
Araşdırma göstərir ki,kinoteatr getmə yaşı 24-25 dən başlayır. Xüsusən gənclərin 20-34 yaş kinoteatrlardan daha aktiv istifadəsi müşahidə olunur ki, bu da ümumi auditoriyanın 68%-i deməkdir. 40 yaşdan yuxarı olan seqment isə demək ola rki, kinoteatrlardan istifadə etmir (cəmi 16%).
Eləcə də bax: «Park Bulvar», «28 Mall»ı keçdi – BAKININ MƏŞHUR AVM-LƏRİ – SİYAHI
Kinoteatrlardan istifadə edənlərin ən çox üz tutduğu yer Gənclik Mall-da Cinema Plus, Park Bulvarda Park Cinema və Nizami Kinoteatrlarıdır.
Eləcə də bax: Əhali ən çox hansı marketdən alış-veriş edir? – SİYAHI – ARAŞDIRMA
Sorğudan həmçinin ən az səfər edilən kinoteatrlar da məlum olub. Bunlar Aygün Mall-da, Gəncə Mall-da və Metroparkdakı kinoteatrlar olub.