Bakı əhalisinin 7.6%-i sudan istifadəsi zamanı sui-istifadə halları (suyun məqsədsiz yerə axıdılması, qanunsuz su bağlantısı və s.) ilə tez-tez qarşılaşdığını, 20.1%-i ara-sıra qarşılaşdığını bildirib.
FED.az xəbər verir ki, Sosial Tədqiqatlar Mərkəzi (STM) Bakı şəhərində su təchizatının vəziyyəti, fasiləsizliyi və keyfiyyəti ilə bağlı əhalinin fikirlərini öyrənmək, mövcud problemləri müəyyənləşdirmək məqsədilə rəy sorğusu keçirib.
Sorğuya göə onların 70.6%-i bu kimi hallarla qarşılaşmadığını bildirib, 1.8%-i bu barədə rəy bildirməyib.
Sorğu iştirakçılarının 87.2%-i gündəlik işlərində suya daim qənaət etdiyini, 10.7%-i bəzən qənaət etdiyini bildirib. 2.1%-i ümumiyyətlə buna diqqət etmədiyini qeyd edib.