Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) Bakı, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə pensiyaçıların (317 339 nəfər) noyabr ayının pensiya vəsaitlərini artıq onların hesablarına köçürüb. FED.az xəbər verir ki, vətəndaşlar pensiyalarını "Beynəlxalq Bank"dan və "Kapital Bank"dan verilmiş bank kartları vasitəsilə həmin bankların bankomatlarından əldə edə bilərlər.
Bakı, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə - Pensiyalar Ödənildi
16:03
6 Noy 2020