Bakı Şəhər İcra Hakimiyyəti son vaxtlar bəzi KİV-lərdə yeni yaradılmış ictimai çimərliklərdəki vəziyyətlə bağlı yayılan məlumatlara aydınlıq gəirib. FED.az-a meriyadan verilən məlumatda bildirilir ki, Bakı şəhərində Səbail rayonu “Şıx” ərazisində, Xəzər rayonu Buzovna və Binəqədi rayonu Görədil qəsəbələrində yeni yaradılmış ictimai çimərliklər pulsuzdur. Çimərliklərdə sanitar vəziyyətin lazımi səviyyədə saxlanilması və təmizlik işlərinin aparılması üçün xidmət personalı fəaliyyət göstərir və bura nəzarətdə saxlanılır.