FED.az xəbər verir ki, Bakcell şirkəti işçi axtarır
Pərakəndə Satış Şöbəsinin Rəhbəri
Vakansiya haqqında
Departament : Satış
Şöbə : Pərakəndə Satış
İş qrafiki : Standart
İş müddəti : Daimi
İş yeri : Port Baku Cənub Qülləsi
Son müraciət tarixi : 30.06.2018
Sizin əsas vəzifə öhdəlikləriniz
*Pərakəndə satış strategiyasını inkişaf etdirmək
*Pərakəndə satışın statusunu ümumi bazarla müqayisədə analiz etmək və zəruri hallarda müvafiq tədbirlər görmək
*Bakcell diler şəbəkəsinə qoşulmaq istəyən potensial dilerlərin təkliflərini nəzərdən keçirmək / təsdiqləmək / imtina etmək
*Distributorlar tərəfindən fərqli satış nöqtələrinə çatdırılan ödəmə kartlarının müxtəlifliyinə nəzarət etmək
*Dilerlərin aylıq maliyyə ödənişlərinə (bonuslar) nəzarət etmək
*Yekun dövri pərakəndə satış hesabatlarını nəzərdən keçirmək
*Rəqiblərin distribütor və diler şəbəkələrinin fəaliyyətini yaxından izləmək
*Bakı ilə regionlar arasında məhsulların dövriyyəsinə nəzarət etmək
*Bakcell məhsullarının topdan və pərakəndə satış qiymətlərinə nəzarət etmək
*Şirkətin satış hədəflərinə çatmaq üçün satış fəaliyyət planını hazırlamaq
*Dilerlərin motivasiya və dəstək proqramlarını təkmilləşdirmək, nəzarət və təhlil etmək
*Gündəlik olaraq anbar üzrə məsul işçi tərəfindən hazırlanan məhsulların dövriyyəsi hesabatına nəzarət etmək
*Bakı və regionların çöl və qapalı məkan reklam şərtlərinə nəzarət etmək və lazımi hallarda hər hansı bir problemi aradan qaldırmaq üçün müvafiq düzəlişlər etmək
*Diler və distribyutorlardan toplanan müqavilələrin statuslarına nəzarət etmək
*Satış ödənişlərinin toplanmasını nəzarət etmək
*Aylıq olaraq faktiki və planlanan təqdimatlar hazırlamaq
*Bazara daxil olan yeni məhsullar, onların topdan və pərakəndə satış qiymətləri barədə məlumatlı olmaq
*Rəqiblərin fəaliyyəti, keçirdikləri kampaniyalar, bazara çıxardıqları məhsullar haqqında məlumatlı olmaq
*Ümumi bazarı analiz etmək və rəhbərliyə müvafiq hesabatları təqdim etmək
Sizdən tələb olunan təhsil və iş təcrübəsi
*Ali Təhsil
*Pərakəndə satış sahəsində ən azı 5-7 il iş təcrübəsi (FMCG, Sığorta, Telekommunikasiya vəya İstehlakçı yönümlü elektronika məhsullarının satışı sahəsində iş təcrübəsinə üstünlük verilir)
*3-5 illik rəhbərlik təcrübəsi
Sizdən tələb olunan bacarıq və səriştəliklər
*Ünsiyyət bacarıqları
*Danışıqlar apara bilmək bacarığı
*Kommersiya anlayışına sahib olmaq
*Analitik düşünə bilmək və məlumatların təhlili prinsipləri ilə tanışlıq
*Azərbaycan, İngilis və Rus dillərini səlis bilmək
*MS Office proqramlarını mükəmməl bilmək
Müraciət etmək üçün
CV-nizi [email protected] e-mail ünvanına göndərməyinizi xahiş edirik.
Başlıqda ‘‘Pərakəndə Satış Şöbəsinin Rəhbəri’’ qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Bakcell işçi axtarır - VAKANSİYA
17:36
13 İyun 2018