Əmanətlərin Sığortalanması Fondu https://www.e-gov.az “Elektron Hökumət” portalında 10 mart 2018 –ci il tarixindən ilk xidmətini təqdim edir.
FED.az xəbər verir ki, "Əmanətçilərin şəxsiyyətini təsdiq edən sənəd məlumatlarının dəqiqləşdirilməsinə dair elektron müraciət” elektron xidməti vasitəsilə ləğv prosesində olan bankların əmanətçilərinin şəxsiyyətini təsdiq edən məlumatlarınının dəqiqləşdirilməsi mümkündür.
Bunun üçün ilk növbədə “Elektron hökumət” portalının təqdim etdiyi 4 autentifikasiya vasitələrinin birindən istifadə etməklə qeydiyyatdan keçmək vacibdir. Bu zaman ilk olaraq vətəndaşın şəxsiyyət vəsiqəsi üzrə məlumatları ekranda görünür. Təqdim olunan anket üzrə şəxsiyyəti təsdiq edə biləcək digər məlumatları isə vətəndaş özü əlavə edə bilər. Bu sıraya istifadəçinin əlaqə nömrəsi, e-mail və daxil etdəcəyi şəxsiyyəti təsdiqləyən digər təsdiqedici sənəd ola bilər. İstifadəçi doldurulmuş formadakı məlumatların doğruluğunu təsdiq edib “göndər” düyməsini sıxmaqla müraciətini göndərmiş olur.