FED.az xəbər verir ki, "Azərsun Holdinq" maliyyə analizi üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Eləcə də bax: "Bank of Baku" işçi axtarır - VAKANSİYA
Ümumi məlumatlar:
• Aidiyyatı sahə üzrə minimum 3 illik iş təcrübəsi;
• Peşəkar səviyyədə Microsoft office proqramlarını (xüsusilə Excel) bilməli;
• Yüksək analitik qabiliyyət və problem həll etmə bacarığı;
• Ezamiyyətlərə hazır olmalı (ölkədaxili və ölkəxarici);
• Təzyiqaltında çalışa bilməli;
• Eyni vaxtda bir neçə işə fokuslana bilməli;
• Rus və İngilis dillərini yaxşı səviyyədə bilməli;
• Beynəlxalq mühasibatlıqla bağlı olan sertifikatların (ACCA) olması əlavə üstünlükdür .
İş haqqında məlumat:
• Maliyyə cədvəllərinin hazırlanması;
• Pərakəndə müəssisələrdən gələcək olan raportlara əsasən data analizi aparılması;
• Maliyyə ehtiyatlarının və maliyyə xərclərinin analiz edilməsi;
• Maliyyə cədvəlləri vasitəsilə layihə mənfəətinə təsir edən amillərin qarşısının alınması;
• Maliyyə ehtiyatlarının yetərli olub-olmamadığını müəyyən etmək üçün maliyyə nisbətlərin hesablanması;
• Maliyyə riskinin müəyyən edilməsi.
İş şərtləri:
İş qrafiki: həftə içi 5 gün
Son müraciət tarixi:
30.12.2019
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına (“Maliyyə analizi üzrə baş mütəxəssis” başlığı ilə) göndərə və ya www.azersunhr.com portalında vakansiyaya müraciət edə bilərlər.