Banner

Sosial

"Azərsun Holdinq" işçi axtarır - VAKANSİYA

"Azərsun Holdinq" işçi axtarır - VAKANSİYA | FED.az
20:02 3 Dek 2019

FED.az xəbər verir ki, "Azersun Holdinq" Dezinfektor (Fumiqasiya mütəxəssisi) vəzifəsi üzrə vakansiya elan edir.

Eləcə də bax: "PAŞA Sığorta" işçi axtarır - VAKANSİYA

İş haqqında məlumat:

- Zərərverici həşaratlar və heyvanlara qarşı mübarizə işinin təşkili və icra edilməsi;
- Müəssisələrin həşaratlarla mübarizə çərçivəsində tədqiq edilməsi;
- Dezinseksiya və Deratizasiya işlərinin həyata keçirilməsi,
- Əməyin təhlükəsizliyi və işçinin sağlamlığı ilə əlaqədar sanitariya, ekoloji və yanğından mühafizə qaydalarına riayət olunmasına cavabdehdir;
- Müəssisə daxilindəki avadanlıqlara nəzarət edilməsi;
- Problemlərin aşkarlanması, mənbələrin dəyərləndirilməsi və qabaqlayıcı fəaliyyətlərin həyata keçirilməsi.

Namizədə aid tələblər:

- Kənd təsərrüfatı, biologiya və ya zoologiya sahəsində ali təhsil;
- Həşaratlar sinifi (qanadlı həşəratlar,tarakankimilər,düzqanadlılar,bitlər, bərabərqanadlılar,birələr, sərtqanadlılar və ya böcəklər, ikiqanadlılar, pulcuqlu qanadlılar,pərqanadlılar və s.), gəmiricilər (xüsusi ilə sinantrop gəmiricilər), məhsulların içərisində rastlanıla biləcək ziyanverici həşaratlar və digər canlılarla (ilan, əqrəb, quş, it, pişik və s.) mübarizə sahəsində təcrübə;

Aşağıdakıları bilməlidir:

• dezinfeksiya, dezinseksiya, dezodorasiya və deratizasiya üçün tətbiq edilən vasitələrin növlərini, xüsusiyyətlərini və hazırlanması üsullarını;
• dezinfeksiya, dezinseksiya, və deratizasiya işlərinin aparılması zamanı şəxsi və ictimai təhlükəsizlik tədbirlərini;
• zəhərli kimyəvi preparatlarla işin təhlükəsizliyi qaydasını;
• fərdi müdafiə vasitələrindən istifadə qaydasını;
• zəhərli kimyəvi preparatların vurulması üçün dezinseksiya maşınlarının və aparatlarının quruluşu və iş prinsiplərini;

İş yeri:

Dreamland Baku
Golf Villas&Residences
Ünvan: Abşeron Rayonu, Bakı Zığ Dairəsi,Heydər Əliyev Adına Hava Limanı Avtomobil Yolunun 22-Ci Kilometri

İş şərtləri:

İş qrafiki: I-V günlər 08.00-17.00, şənbə- bazar günü istirahət.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Dezinfektor (Fumiqasiya mütəxəssisi) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.

Digər xəbərlər

Banner