FED.az xəbər verir ki, "AZƏRSUN" HOLDİNQ İstehsal prosesləri və data analizi üzrə Baş mütəxəssis üzrə vakansiya elan edir.
İş haqqında məlumat:
1. İstehsalat müəssisələrində Yalın istehsal (Lean manufacturing) metodlarının həyata keçirilməsi ilə istehsalat proseslərinin təkminləşdirilməsi və israfların azaldılması
2. Tərəfimizdən veriləcək təlimlər və toplayacağı təcrübə sonrası işçilərə tədrislər verəcək,
3. Aylıq və rüblük analiz raportları hazırlayacaq,
4. İstehsalat müsəssislərindən gələcək olan raportlara əsasən Data Analizi aparacaq , nəticələri təhlil etmək,
5. İstehsalat müəssisələrində tədarükçüdən müştəriyə qədər olan proses axışını yerində izləyərək Dəyər Axış Xəritəsini çıxaracaq, müəsissə çalışanları ilə bərabər prosesi mükəmməlləşdirmək üçün Kaizenlər həyata keçirəcək
Namizədə aid tələblər:
• Təhsil: Ali (Texniki sahələr, Mühəndislik, Mühəndis İqtisadiyyatı)
• İş təcrübəsi: İstehsalat sahəsində ən azı 3 il
• Dil bilikləri: Rus (yaxşı), İngilis (yaxşı) olması üstünlükdür.
• MS Excell, MS Power Point və MS Visio proqramlarında işləmək bacarığı.
• Yenilikçi və yeniliklərə açıq, tezöyrənən.
• Təqdimat bacarıqlarının olması və tədris verə bilmə qabiliyyətinin olması.
• Yalın istehsal (Lean manufacturing) sahəsi üzrə iş təcrübəsi arzuolunandır.
İş yeri: İmişli şəhəri, Sabir Fətəliyev küçəsi. 45,
İş şərtləri:
İş qrafiki: 09:00 - 18:00 • İş günü 5/2 (Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected], elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“İstehsal prosesləri və data analizi üzrə Baş mütəxəssis”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.