FED.az xəbər verir ki, AZƏRSUN HOLDİNQ işçi axtarır.
Vakansiyanın adı: Elektrik sahəsi üzrə Bölmə Rəisi
İş haqqında məlumat:
1. Müəssisədəki avadanlıq,dəzgah və təchizatların təlimata uyğun şəkildə işlədilməsini təmin etmək
2. Müəssisədə çalışan elektrikçilərin gördüyü işlərə nəzarət etmək;
3. Xəyal adasında elektrik sərfiyyat hesablarının hazırlanması
4. Generatorların dövri təmir-baxım qaydalarının hazırlanması
5. Podratçı elektrik şirkətlərin işlərinə nəzarət
6. Təchizat tərəfindən satın alınan materiallara nəzarət və anbara girişinə təsdiq verməsi
7. Elektrik işçi qrupunun iş planının hazırlanması və iş bölgüsünün edilməsi
8. Elektrik layihələrin eskizlərinə nəzarət edilməsi.
Namizədə aid tələblər:
- 30-45 yaş arasında kişilər;
- Elektrik sahəsi üzrə ali təhsilli olması;
- MS Office, AutoCad proqramlarını bilməsi;
- Elektrik sahəsində minimum 5 il təcrübə olması;
- İngilis dilini yaxşı səviyyədə bilməli
Texniki bilik və bacarıqlar:
* Maşın və mexanizmlerin elektrik hissələrinin funksional sxemlerinin qurulmasını bilməli
* Güc komutasiya qurğularının tələb olunan yükə görə düzgün seçilməsini bilməli
* Ölçmə,mühafizə,idarə etmədə istifade olunan cihazlarda parametrlərin dəyişdirməsini bilməli
* Elektrik avadanlıqlarının torpaqlanmasına və test üsullarına olan tələbləri bilməli
* İşlədicilərin elektrik qurğularının istismar qaydalarını bilməli
* İş Təhlükəsizliyi -işçi sağlığı, sanitariya və ekologiyanın mühafizəsi tədbirlərini bilməli
* Elektrik və elektronik idarəetmə ilə işləyən avadanlıq və təchizatların konstruktiv xüsusiyyətlərini, iş rejimini və istismar qaydalarını bilməli;
İş yeri:
“Dreamland Baku”, Bakı Zığ Dairəsi, Binə qəs. Heydər Əliyev Adına Hava Limanı Avtomobil Yolunun 22-Ci Kilometri
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Elektrik sahəsi üzrə Bölmə Rəisi”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.