Business Insight araşdırmalar mərkəzi növbəti sorğusunun nəticələrini yayımlayıb.
FED.az xəbər verir ki, mərkəzin araşdıma barədə açıqlamasında qeyd olunur ki,seçmə çərçivəsi kimi 9 iqtisadi region və Bakı şəhərində 1208 respondent müəyyən edilmişdir. Sorğunun 1208 respondent arasında keçirilməsinin əsas səbəbi seçmə sayının bu cür sorğuların keçirilməsi üçün reprezentativliyə uyğun olmasıdır.
ELƏCƏ DƏ BAX: Azərbaycanda ən məşhur məişət texnikası - BRENDLƏRİ – SİYAHI
Təhlil üçün SPSS proqramında xüsusi proqram təminatı hazırlanmış və emal edilmişdir. Sorğu planşetlə telefon sorğusu formasında 2018-ci ilin iyun ayında keçirilib. Sorğu ev təsərrüfatında 18–65 yaşı tamam olan insanlar arasında keçirilmişdir. Araşdırma mərkəzi respondentlərə Geyiminizi hansı mağazalardan alırsınız? sualı ilə müraciət edib.
Beləliklə Azərbaycanda ən çox müştərisi olan geyim mağazaları bəlli olub. İnsanlar geyim ehtiyaclarını qarşılamaq üçün Brend mağazalara az üstünlük verirlər. Amma buna baxmayaraq LC Waikiki brend mağazalar arasında liderliyini qoruyur. Son 8 ayda LC Waikiki -dən geyim alanların sayı artıb . Araşdırmaya görə ilk 10 -luqda yer alan markaların sırasında ən yüksək artım LC Waikiki-də qeydə alınıb .
Təhlillər göstərir ki, son 8 ayda geyim mağazalarının sıralamasında demək olar ki, dəyişiklik baş verməyib . Regionlarda ən çox qeyd edilən ikinci mağaza «De Facto» -dur (3, 1 %) 19 % respondent qrafikdə göstərilməyən digər mağazaların adlarını qeyd edib (TM - Laçın, Diqlas, Lotos, Elite : De Facto, Mango, Romantic, Lady Sharm, Colins, Stradivarius və s) .
Azərbaycanlılar ən çox bu mağazadan geyim alırlar
11:10
30 Noy 2018