Azərbaycanlı kinorejissor Rüfət Həsənovun "Daxildəki ada" tammetrajlı filmi Oskar mükafatına namizəd seçilib.
Eləcə də bax: Azərbaycan filmləri “Netflix”də - YAYIMLANACAQ
FED.az xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi məlumat yayıb.
“Bu film Amerika kinematoqrafiya akademiyasının Xarici Dildə Ən Yaxşı Film nominasiyasında qısa siyahıya düşüb. “Daxildəki ada” filmi əslən Azərbaycandan olan beynəlxalq şahmat qrossmeysteri Seymur Tahirbəyovun hazırkı dünya çempionuna qarşı mübarizə aparmaq şansı əldə etməsindən bəhs edir. Filmə uğurlar arzulayırıq!” - deyə səfirliyin açıqlamasında bildirilir.