Xəbər verildiyi kimi, son 1 ildə Azərbaycanda pensiyaçıların sayı 3 min nəfər azalıb.
Azərbaycanda ən az pensiya verilən - 3 RAYON, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, 2026-cı ilin iyul ayının sonunda Azərbaycanda pensiyaçıların sayı 1 milyon 99 min 979 nəfər olub.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, pensiyaçıların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3 min 335 nəfər (0,3%) azalıb.
Ölkənin ayrı-ayrı rayonları üzrə araşdırma göstərir ki, ötən ilin eyni dövrünə nəzərən Azərbaycaın 14 bölgəsində yaşayan pensiyaçıların sayı artıb, 52 bölgəsində yaşayan pensiyaçıların sayı isə azalıb.
Pensiyaçıların sayının ən çox artdığı ərazi Laçın rayonu olub. Bu rayonda yaşayan pensiyaçıların sayı ötən ilin eyni dövrünə nəzərən 150 nəfər (4,4%) artaraq 3 min 583 nəfərə yüksəlib.
Bundan başqa, illik müqayisədə Füzuli rayonunda yaşayan pensiyaçıların sayı 197 nəfər (2,2%) artaraq 9 min 55 nəfərə, Ağdam rayonunda yaşayan pensiyaçıların sayı 227 nəfər (1,8%) artaraq 13 min 1 nəfərə yüksəlib.
Ən çox azalma isə Lerik rayonunda olub. Lerikdə pensiyaçıların sayı son bir ildə 312 nəfər (4%) azalaraq 7 min 535 nəfərə düşüb.
Eyni zamanda, Masallıda yaşayan pensiyaçıların sayı 736 nəfər (3,6%) azalaraq 19 min 601 nəfərə, Ağsuda yaşyan pensiyaçıların sayı 278 nəfər (3,5%) azalaraq 7 min 749 nəfərə düşüb.












