Azərbaycandan Həcc ziyarəti üçün kvota və qiymət müəyyənləşib.
Eləcə də bax: Həcc ziyarətinə gedən vətəndaşlarımıza daha bir - QADAĞA
FED.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri bildirib.
Onun sözlərinə görə, bu il Azərbaycana Həcc ziyarəti üçün 680 nəfərlik kvota ayrılıb:
“Həcc ziyarətinin qiyməti 5350 ABŞ dolları müəyyən olunub. Həcc ziyarətinin iyunun 24-dən iyulun 20-nə qədər olan müddətdə həyata keçirilməsi gözlənilir”.
Şöbə müdiri deyib ki, Həcc ziyarətinə gedənlər Səudiyyə Ərəbistanı Krallığına daxil olmazdan 72 saat əvvəl PCR test verilməlidir:
“Eyni zamanda iki doza vaksin tələb olunur. 30.06.1957 təvəllüddən aşağı olan şəxslərin Həcc ziyarətinə icazə verilmir”. (Apa)