2019-cu ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,4 faiz artaraq 587,7 manat olmuşdur.
Bu barədə FED.az-a Dövlət Statistika Komitəsindən bildirilib.
Eləcə də bax: Kimlərə 250 manat maaş yazmaq olar? - SİYAHI
İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.
2019-cu il avqustun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz artaraq 1 milyon 613,8 min nəfər olmuş, onlardan 902,4 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 711,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.
Muzdla işləyənlərin 20,5 faizi təhsil, 18,0 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,2 faizi sənaye, 8,3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,5 faizi tikinti, 6,9 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 12,6 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.