31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı ilə əlaqədar Azərbaycanda 5 gün iş olmayacaq.
FED.az xəbər verir ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 1-2 yanvar Yeni İllə bağlı bayram günləri elan edilib.
Müvafiq olaraq 2022-ci il 31 dekabr və 2023-cü il 1 yanvar tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yeri dəyişdirilib, 2023-cü il 3 və 4 yanvar tarixləri qeyri-iş günüdür.
Beləliklə, Yeni İldə 5 gün ardıcıl qeyri-iş günüdür.