Azərbaycanda qəbiristanlıqlarla bağlı yeni cərimələr qüvvəyə minib. FED.az xəbər verir ki, prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə (İXM) dəyişiklikləri təsdiqləyib. Dəyişikliyə görə, Məcəlləyə aşağıdakı məzmunda yeni maddə əlavə edilib:
“Maddə 516-1. Qəbiristanlıqların idarə olunması qaydaları haqqında qanunvericiliyin pozulması
516-1.1. Dəfn barədə məlumatın dəfnlərin vahid reyestrində yerləşdirilməməsinə və ya vaxtında yerləşdirilməməsinə görə -
vəzifəli şəxslər yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.
516-1.2. Qəbiristanlıqların qorunması tələblərinin, habelə dəfnlərin təşkili zamanı sanitariya-gigiyena normalarının pozulmasına görə -
fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.
516-1.3. Qəbir yerlərinin rezervasiyası tələblərinin pozulması, dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsinə görə -
beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.”.