İyulun 1-dən Azərbaycanda karantin tədbirləri çərçivəsində toyların keçirilməsinə icazə verilib. Maraqlıdır ki, ölkəmizdə toy etmək üçün nə qədər vəsait lazımdır?
Eləcə də bax: Bakıda toy - Neçəyə Başa Gəlir?
FED.az xəbər verir ki, toya hazırlıq prosesi və mərasimin təşkili zamanı nə qədər vəsait xərcləndiyi ilə bağlı kiçik araşdırma aparılıb.
Məlumatı təqdim edirik:
Qızıl zinət əşyalarının qiymətləri:
Sadə qızıl üzüklər: 200-500 manat;
Brilyant qaşlı üzüklər: 700-1500 manat;
Qızıl dəstlərinin qiyməti: 1200-3000 manat;
Evlilik təklifi üçün mərasimlər: 200-500 manat;
Gəlinliklərin icarəsi: 300-1500;
Gəlinin saç-makiyajı: 300-400 manat;
Şadlıq saraylarında 1 nəfər üçün qiymət: 50-120 manat;
Xonça qablarının icarəsi: 10-50 manat;
Gəlin maşınlarının icarəsi: 100-300 manat;
Gül buketləri, gəlin gülləri: 50-100 manat;
Nişan mərasimi üçün tortun kilosu: 15-30 manat;
Fotosessiya: 100-150 manat; 1 dəqiqəlik video ilə birlikdə 500-1000 manat;
Musiqiçilər: 400 manatdan başlayır;
Restoranlarda toydan sonra atəşfəşanlıq: 700-2000 manat.
Ümumilikdə,ölkədə 150 nəfər iştirakı ilə ümumi olaraq toy mərasimlərinin keçirilməsi üçün minimum 9-10 min manat vəsait lazım olur.
Qeyd edək ki, qiymətlər nisbidir. (Trend)