Azərbaycanda il ərzində serial çəkilişlərinə 7 milyon manatdan çox vasait xərclənib bu sahədə bir neçə prodakşn şirkət məşğuldur.
Eləcə də bax: Azərbaycanda daha çox baxılan televiziya kanallarının adları - AÇIQLANIB
Milli Tele-Radio Şurasından FED.az-a bildirilib ki, 2019-cu il ərzində televiziya proqramlarının, serialların istehsalı və televiziya avadanlıqlarının icarəsi sahəsində müxtəlif fəallıq dərəcəsi ilə 14 prodüser qrupu fəaliyyət göstərib. Bunlar Azeri Production, Media Master, SOY Production, Oscar Film, MZ Production, Pozitiv Media, ILK Media, KO Mediagroup, IŞ Media, M Group Production, Ben Production, Game TV, İZ Production, Baku Art Lab-dır.
2019-cu il ərzində prodüser qrupları televiziya kanallarından 7 milyon 800 min manat cəlb ediblər ki, bu məbləğin 7 milyon 450 min manatı (95%-dən çoxu) serial istehsalına sərf olunub.
Bununla yanaşı, yerli serialların çəkilişinə xərclənən məbləğin 90%-dən çoxu dövlətdən və kommersiya strukturlarından dotasiya almayan 3 özəl telekanal tərəfindən cəlb olunub.