2025-ci il martın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5313,2 min nəfər olmuş, onlardan 5030,4 min nəfərini məşğul əhali təşkil edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Cari il fevralın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 757 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 879,5 min nəfər, qeyri-dövlət sektorunda isə 877,5 min nəfər təşkil edib.
İqtisadiyyatın neft-qaz sektorunda 31,6 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 milyon 725,4 min nəfər çalışıb
Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,4 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,5 faizi emal sənayesində, 6,4 faizi tikintidə, 2,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 2,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 1,9 faizi mədənçıxarma sənayesində, 1,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.
Xidmət sahəsində işləyənlərin 18,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,7 faizi təhsil, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,4 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,4 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 4,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi peşə, elmi və texniki fəaliyyət, 3,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 3,0 faizi istirahət, əyləncə və incəsənət, 2,2 faizi maliyyə və sığorta fəaliyyəti, 1,9 faizi informasiya və rabitə, 1,1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində çalışıblar.