2025-ci il iyun ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 229,9 min nəfər olub.
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə onların 48,9 faizini (112,4 min nəfəri) qadınlar, 51,1%-ni (117,5 min nəfəri) kişilər təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 435,0 manat olub..