İyulun 1-dən etibarən Azərbaycanda qadınların pensiya yaşı artırılıb.
FED.az xəbər verir ki, indiyədək qadınlar 63 yaşından pensiyaya çıxa bilirdilərsə, 2023-cü ilin iyulun 1-dən etibarən bu yaş həddi 63,5 yaşa qalırılıb.
Yaş həddinin artırılması 2017-ci ildə «Əmək pensiyaları haqqında» qanuna edilən dəyişikliklər əsasında baş verir. Həmin dəyişiklilərə görə, yaş həddinin artırılması bundan sonra 2027-ci ilədək davam edəcək.
Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılacaq. Nəhayət 2027-ci ildə kişi və qadınlar üçün yaş həddi eyni olaraq 65 yaş olacaq. Yaş hədləri aşağıdakı qaydada artırılmaqdadır.
Dövr |
Kişilər üzrə pensiya yaşı |
Qadınlar üzrə pensiya yaşı |
1 iyul 2017 – 30 iyun 2018 |
63 il 6 ay |
60 il 6 ay |
1 iyul 2018 – 30 iyun 2019 |
64 il |
61 il |
1 iyul 2019 – 30 iyun 2020 |
64 il 6 ay |
61 il 6 ay |
1 iyul 2020 – 30 iyun 2021 |
65 il |
62 il |
1 iyul 2021 – 30 iyun 2022 |
65 il |
62 il 6 ay |
1 iyul 2022 – 30 iyun 2023 |
65 il |
63 il |
1 iyul 2023 – 30 iyun 2024 |
65 il |
63 il 6 ay |
1 iyul 2024 – 30 iyun 2025 |
65 il |
64 il |
1 iyul 2025 – 30 iyun 2026 |
65 il |
64 il 6 ay |
1 iyul 2026 və sonra |
65 il |
65 il |
Xatırladaq ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.
Yaşa görə əmək pensiyası buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin pensiyanın sığorta hissəsinin məbləği sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış (“Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla) pensiya sığorta kapitalının (PSK) gözlənilən pensiya ödənişi müddəti aylarının sayına nisbəti kimi (SH=PSK/T) müəyyən edilir.