Cari ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən 455,4 min nəfərə və ya əhalinin 4,7%-nə sosial müavinət ödənilib.
Eləcə də bax: Azərbaycanda yaşa görə pensiya alanların sayı - AÇIQLANIB
Onlardan 412,1 min nəfəri aylıq, qalanları birdəfəlik müavinət alanlar olub.
Əmək və Əhalinin Sosial Nazirliyindən FED.az-a bildirilib ki, hesabat dövründə Fond 287,5 min nəfəri (əhalinin 3%-ni) isə Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə təmin edib.
Ümumilikdə birinci yarımildə 743 min nəfərə sosial müavinət və təqaüd ödənilib. Bu istiqamət üzrə 2019-cu ilin müvafiq dövrünə nisbətən 151 mln. manat (46,6 faiz) çox olmaqla 475 mln. manat vəsait ödənilib.