Əhalinin qoruyucu tibbi maskalara olan ehtiyacını nəzərə alaraq, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısının təşəbbüsü və dəstəyi ilə rayonda fəaliyyət göstərən peşə məktəbinin dərzi ixtisas qrupunun istehsalat təlimi ustaları və müəllimləri tərəfindən tibbi maskaların tikilməsinə başlanılıb. Məqsəd koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkə rəhbərliyi tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlərə dəstək olmaq, həmrəylik nümayiş etdirməkdir.
Eləcə də bax: DİN: Maska və əlcəkdən istifadə etməməyə görə - CƏRİMƏ YOXDUR
FED.az "azərtac"a istinadən xəbər verir ki, məktəbin təlim ustası Bənövşə Babayeva, ixtisas müəllimləri Nəfisət Filmanova və Səadət Mustafayeva tərəfindən tikilən tibbi maskalar ehtiyacı olan vətəndaşlara pulsuz paylanılır.
Peşə məktəbində gün ərzində 1000-1500 ədəd qoruyucu maskanın tikilməsi və vətəndaşlara çatdırılması nəzərdə tutulur.