Azərbaycanda pensiyaçıların 90 %-i sosial sığorta əsaslı pensiya alır.
FED.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
“Xüsusi şərtlərlə pensiya alanların göstəricisi isə təxminən 10 %-dir. Onların pensiyası sosial sığorta kapitalı ilə deyil, aldıqları əmək haqqının faizi ilə ölçülür”, - deyə nazir əlavə edib. (Apa)