"Azərbaycan Prezidentinin "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Sərəncamına əsasən, istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində 2026-cı il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirildi".
Azərbaycanda pensiyalar indeksləşdirilərək 9,3 % artırılır - RƏSMİ
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, yalnız əmək pensiyalarında deyil, həmçinin pensiya kapitalında da artım həyata keçirilib:
"Sərəncama uyğun olaraq, pensiya kapitalları 2025-ci ildəki illik inflyasiya səviyyəsinə uyğun olaraq artırılılır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə illik inflyasiya səviyyəsi 5.6 faiz olub. Bu o deməkdir ki, vətəndaşlarımızın 1 yanvar 2026-cı il tarixinə olan pensiya kapitalları 5.6 faiz artırılıb. Belə ki, əgər vətəndaşın 40 min manat pensiya kapitalı varsa, onun yığımına 2 min 240 manat əlavə olunur. Nəticədə, həmin vətəndaşımızın pensiya kapitalı 42 min 240 manata çatır. Pensiya kapitalının indeksləşdirilməsi yığılan pulları inflyasiyadan qorumaq məqsədi daşıyır. Məqsəd həmin vəsaitlərə qiymət artımlarının təsirlərini minimuma endirməkdir".










