“Öz ərzizəsi ilə işdən çıxanlarla bağlı Dövlət Məşğulluq Agentliyi ilə danışıqlar aparırıq”.
Eləcə də bax: Azərbaycanda sosial müavinətlərin məbləği artırıldı - FƏRMAN
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin bu gün keçirilən plenar iclasında “İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik layihəsinin II oxunuşda müzakirəsi zamanı deyib.
O bildirib ki, gələcəkdə öz ərizəsi ilə çıxan və bir müddət işsiz qalan şəxslərə hər hansı bir şəkildə sosial müavinət və ya dəstək verilə bilər.