2023-cü ildə Nazirlər Kabinetinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə, eləcə də yerli icra hakimiyyəti orqanlarına verdiyi tapşırıqların icrası olaraq ümumilikdə 11,5 min nəfər (qaçqınlar və onlara bərabər tutulan şəxslər) üzrə vahid aylıq müavinət ödənişi dayandırılıb.
Məcburi köçkünlərə müavinətin kəsiləcəyi tarix açıqlandı - RƏSMİ - VİDEO
FED.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.
Sənədə əsasən, buraya sahibkarlıq fəaliyyəti ilə məşğul olan və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi aktiv olan şəxslər, dövlət qulluqçuları, dövlət qulluğunun xüsusi növündə xidmət etmiş şəxslər də daxildir. (Report)