2018-ci ilin dekabr ayında Azərbaycanda mənzillərin kirayəsi noyabr ayı ilə müqayisədə 0,2% bahalaşaraq orta hesabla 92,42 manata çatıb.
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verilir.
Eləcə də bax: «Novostroyka»da qiymət 400 manata düşdü – KAMPANİYA
Xatırladaq ki, ötən ilin yanvar ayında kirayə bazarında 0,1% bahalaşma olub. Fevral və mart aylarında qiymətlər dəyişməyib. Apreldə bazarda 0,2% ucuzlaşma olsa da, mayda qiymətlər 0,4% artıb. İyunda bazarda yenidən sabitlik yaranıb. İyulda 0,1% ucuzlaşma, avqust və sentyabr aylarında isə müvafiq olaraq 0,6% və 0,4% bahalaşma baş verib. Oktyabr ayında mənzillərin kirayəsi sentyabr ayı ilə müqayisədə 0,2%, noyabr ayında oktyabr ayı ilə müqayisədə 0,2% bahalaşıb.