Azərbaycanda orta aylıq əmək haqqının azalması qeydə alınıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Komitənin məlumatına görə, 2026-cı ilin yanvar-fevral aylarında, yəni martın 1-ə olan vəziyyətə ölkədə rəsmi əmək müqaviləsi ilə çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1099,1 manat təşkil edib. Bu bir il əvvəlki göstərici ilə müqayisədə 55 manat və ya 5,3% artıq olsa da, bir ay əvvəllə müqayisədə təqribən 5 manat aşağıdır.
Xatırladaq ki, bu il yanvarın 1-də ölkədə orta maaş 1102,9 manat, fevralın 1-də 1103,9 manat olmuşdu. Martın 1-də isə maaşların orta göstəricisi aşağı enib.
Xatırladaq ki, 2025-ci ilin yanvar-fevral aylarında ölkədə orta aylıq əmək haqqı 1043,6 manat olmuşdu.
Martın 1-ə olan vəziyyətə ölkədə ən yüksək maaşlar – mədənçıxarma (neft-qaz, qızıl-gümüş və dəmir hasilatı) sənayesi – 3782 manat, maliyyə və sığorta sektoru - 2790 manat, informasiya və rabitə sahəsi – 1915,5 manat, peşə, elm və texniki fəaliyyət – 1 786 manat, nəqliyyat və anbar təsərrüfatı - 1498 manat - kimi sahələrdə olub.
Ən aşağı maaşlar kənd təsərrüfatı – 685 manat, su təchizatı və tullantıların təmizlənməsi – 722 manat və ticarət 763 manat - kimi sahələrdədir.






![Azərbaycanda orta aylıq əmək haqqı aşağı düşüb – [red]YENİ RƏQƏMLƏR[/red] | FED.az](upload/news/small/2361993.jpg)
![Azərbaycanda orta aylıq əmək haqqı aşağı düşüb – [red]YENİ RƏQƏMLƏR[/red] | FED.az](upload/news/small/2294426.jpg)








