2023-cü ildə Azərbaycanda orta aylıq pensiyaların məbləği 441 manat təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə ən yüksək göstərici Bakı şəhərindədir - 606 manat.
Bakının demək olar ki. bütün rayonlarında ötən il üzrə pensiyaların orta məbləği 400 manatdan yüksək olub.
Naxçıvan şəhərində bu göstərici 397 manat, Zəngilan rayonunda 395 manat təşkil edib.
Bakının Xəzər rayonunda pensiyaların orta məbləği 393, Sabunçu rayonunda isə 384 manata bərabər olub.
Ən aşağı göstəricilər isə Xaçmaz (330 manat), Ağdaş (334 manat), Balakən, Xocalı və Yardımlı rayonlarında (336 manat) olub.