Azərbacaynda orta aylıq əmək haqqının qarşıdakı illərdə nə qədər artacağı ilə bağlı hökumətin proqnozları açıqlanıb.
FED.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin elan etdiyi 2020-ci ilin dövlət və icmal büdcəsi ilə bağlı təqdimatda bildirilir.
Eləcə də bax: Maaş artımı üçün dörd milyard manat - VƏSAİT AYRILACAQ
Proqnozlara görə, 2020-ci ildə Azərbaycanda orta aylıq əmək haqqının məbləği 716,7 manat, 2021-ci ildə 768,6 manat, 2022-ci ildə 809,2 manat, 2023-cü ildə isə 849,9 manat olacaq.
Başqa sözlə, ABŞ dollarının indiki məzənnəsini nəzərə alanda, ölkədə orta aylıq əmək haqqının 500 ABŞ dollarına çatması 4 il sonra baş verəcək.
Qeyd edək ki, 2019-cu ilin sentyabrın 1-ə olan məlumata görə, Azərbaycanda orta aylıq əmək haqqı 589,3 manat və ya 346,6 ABŞ dolları təşkil edir. Bu əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,9 faiz artıqdır.