Azərbaycanda orta aylıq nominal əməkhaqlarının ən çox kimlərin hesabına artdığı məlum olub.
FED.az xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 603,5 manat təşkil edib. Bu göstərici ilin əvvəli ilə müqayisədə 59,40 manat və ya 10,91% çoxdur.
Eləcə də bax:Gələn ildən həkimlərin əməkhaqqı artırılacaq - AGENTLİKDƏN AÇIQLAMA
Qeyd edək ki, cari ilin əvvəlində orta aylıq əməkhaqqı 544,1 manat təşkil edirdi.
Göstərilən tarixlərdə dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 494,8 manat olub ki, bu da ilin əvvəli ilə müqayisədə 59,60 manat və ya 13,69% çoxdur. Belə ki, ilin əvvəlində dövlət sektorunda çalışanların əməkhaqları 435,2 manat təşkil edirdi.
Özəl sektorda isə bu ilin yanvar-sentyabr aylarında orta aylıq nominal əməkhaqları 742,3 manat olub. Bu göstərici ilin əvvəli ilə müqayisədə 51,90 manat və ya 7,51% çoxdur. İlin əvvəlində özəl sektorda əməkhaqqı 690,4 manat olub.
Bu ilin yanvar-sentyabr ən yüksək əməkhaqqı mədənçıxarma sənayesində(3 013,9 manat), maliyyə və sığorta fəaliyyəti(1 648,8 manat), peşə, elmi və texniki fəaliyyət(1 150,1 manat), informasiya və rabitə(984,7), nəqliyyat və anbar təsərrüfatı(828,5 manat), eləcə də tikinti sahələrində(714,2 manat) orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.