Oktyabr ayında Azərbaycanda orta aylıq əmək haqqı aşağı düşüb.
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Azərbaycanda ərzaq qiymətlərinin artımı - 15%-İ KEÇDİ – RƏSMİ
Komitənin məlumatına görə, 2021-ci ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 722,9 manat olub. Bu, bir ay əvvəlki göstərici ilə müqayisədə 0,3 manat azdır. Sentyabr ayının yekununda orta əmək haqqı 723,2 manat olmuşdu.
Ümumilikdə isə son bir ildə ölkə üzrə orta ayıq əmək haqqı 2,6% artıb.
Ənənəvi olaraq ən yüksək əmək haqqı mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrindədir.