Azərbaycanda orta aylıq əmək haqqının mart ayından başlayan azalması davam edir.
Eləcə də bax: Azərbaycanda maaşlar ardıcıl 4 aydır ki - AŞAĞI DÜŞÜR
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2020-ci ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 710,2 manat olub. Bu məbləğ əvvəlki ilin müvafiq dövrünə nisbətən 20,5 faiz artıq olsa da, mart ayı ilə müqayisədə 4,5% azdır.
Ölkədə koronavirus pandemiyası və onun qarşısınnı alınması üçün tətbiq edilən məhdudlaşdırıcı tədbirlər nəticəsində biznes fəallığının azalması səbəbindən maaşlar da ardıcıl 5 aydır ki, azalmaqdadır.
Belə ki, yanvar ayının nəticələrinə görə maaşlar 712,1 manat, fevralda 712,3 manat, martda 744,5 manat, apreldə 736,2 manat, mayda 728,9 manat, iyunda 720 manat, iyul ayının sonnuda isə 715,4 manat təşkil edib.
Komitə bildirir ki, ölkədə nə yüksək əmək haqqı əvvəlki kimi mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində olub.