Çoxlarının sevimli brendi olan Apple daim məhsul xəttini yeniləməkdə davam edir. Lakin, bilirik ki, bazarın genişlənməsi ilə həm də sevimli brendimizin məhsullarını saxtalaşdırıb, orijinal adı ilə satmaq istəyənlərin də sayı artır. “Əgər siz də orijinal Apple məhsullarını haradan almalıyıq?” sualına cavab axtarırsınızsa, bu məqalə sizin üçündür.
“Kontakt Home”-la birgə keçirdiyimiz sorğuya əsasən, Azərbaycanda 63,5% insan Apple məhsullarını alarkən məhsulların orijinallığına, 25% həm orijinallığına, həm də sərfəli kredit şərtlərinə və yalnız 11,5% insan isə qiymətin daha ucuz olmasına üstünlük verir.
Sorğuda iştirak edənlərin 88,5% insanı sevindirəcək şərtlər məhz “Kontakt Home” mağazalar şəbəkəsində var.
Belə ki, “Apple” brendinin Azərbaycanda ən böyük rəsmi satış mərkəzi olan “Kontakt Home” sizə birbaşa istehsalçıdan qlobal zəmanətli məhsul təklif etdir. Bu da o deməkdir ki, məhsullarının bütün zəmanət boyu nəinki ölkəmizdəki rəsmi “Apple” servisinə, həm də dünya üzrə bütün rəsmi servis mərkəzlərinə müraciət edə bilərsiniz.
“Ötən il sərhədlərin bağlı olmasına görə Azərbaycana planladığım vaxtda dönə bilməmişdim. Almaniyada olarkən isə AirPods-mu servisə göstərməli idim, “Kontakt Home”un təqdim etdiyi Qlobal Zəmanətin sayəsində elə həmin ölkədə “Apple”brendinin rəsmi servisinə müraciət etdim.”
Elməddin Sadıqov, “Kontakt Home” müştərisi
Üstəlik “Kontakt Home” bütün “Apple” məhsullarına sərfəli hissəli alış və müştəri tarixçəsindən asılı olaraq ilkin ödənişsiz şərtlər təqdim edir. Əlavə olaraq, məhsulun qiymətinin 50%-ni ilkin ödəniş edərək qalan məbləği faizsiz 6 aya bölə bilərsiniz.
“Qızıma universitetə qəbul münasibətilə iPhone söz vermişdim. Nə yalan deyim, nağd almağa imkanım çatmırdı. “Kontakt Home”un kredit şərtləri nəticəsində qızımın arzusunu reallaşdıra bildim.”
Qənirə Məmmədova, “Kontakt Home” müştərisi
Sərfəli kredit şərtləri ilə yanaşı, şəbəkənin müştəriləri “Birkart”, “Tamkart”, “Albalıkart” və “Bolkart” taksit kartları ilə nağd qiyməti 12 ayadək faizsiz hissələrə də bölə bilərlər.
Sevindirən şəbəkə müştərilərinə köhnə telefonu gətirib yenisini aparmaq imkanını da yaradır. Beləliklə, köhnə telefonunuzu vəziyyətindən və hansı elektronika mağazasından alınmasından asılı olmayaraq, Kontakt Home mağazasına gətirib, “iPhone 12” modellərindən istənilən birinə real endirim əldə edə bilərsiniz.