Azərbaycanda minimum pensiyanın məbləği artırılır.
Eləcə də bax: Nazir pensiyaların artırılmasından - DANIŞIB
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, minimum pensiyanın məbləği 240 manata qaldırılır.
Hazırda minimum pensiyanın məbləği 200 manatdır.
Beləliklə, minimum pensiyanın məbləğində 20 faiz artım nəzərdə tutulur.