Azərbaycan Respublikası qanunvericiliyində minimum əmək haqqı, yaşayış minimumu və ehtiyac meyarı məbləğləri hər il üçün mühüm əhəmiyyət kəsb edir və özü-özlüyündə bir çox münasibətlərin tənzimlənməsində tətbiq edilir.
Yaşayış minimumu 2022-ci ildən - 8 MANAT ARTIRILIR
FED.az xəbər verir ki, bu səbəbdən də bu məbləğlərin tətbiq edilmə müddətləri və artım ardıcıllığına diqqət yetirmək vacibdir.
Minimum əmək haqqının 2004-cü ildən indiyə kimi olan artım tempi:
- 2004-cü il iyulun 1-dən 100000 manat (yeni məzənnə ilə 20 AZN)
- 2005-ci il yanvarın 1-dən 125000 manat (yeni məzənnə ilə 25 AZN)
- 2007-ci il fevralın 1-dən 50 manat
- 2008-ci il sentyabrın 1-dən 25 faiz artırılaraq 75 manat
- 2010-cu il sentyabrın 1-dən 85 manat
- 2011-ci il dekabrın 1-dən 10 faiz artırılaraq 93,5 manat
- 2013-cü il sentyabrın 1-dən 105 manat
- 2017-ci il yanvarın 1-dən 116 manat
- 2018-ci il yanvarın 1-dən 130 manat
- 2019-cu il martın 1-dən 180 manat
- 2019-cu il sentyabrın 1-dən 250 manat
Ehtiyac meyarının 2007-ci ildən indiyə kimi olan artım tempi: (ehtiyac meyarı ünvanlı dövlət sosial yardımı üçün nəzərdə tutulur)
- 2007-ci il üçün ehtiyac meyarının həddi 2007-ci il yanvarın 1-dən — 35 manat, 2007-ci il iyulun 1-dən — 40 manat
- 2008-ci il üçün ehtiyac meyarının həddi 2008-ci il yanvar ayının 1-dən 45 manat, 2008-ci il iyul ayının 1-dən 55 manat
- 2009-cu il üçün ehtiyac meyarının həddi 60 manat
- 2010-cu il üçün ehtiyac meyarının həddi 65 manat
- 2011-ci il üçün ehtiyac meyarının həddi 75 manat
- 2012-ci il üçün ehtiyac meyarının həddi 84 manat
- 2013-cü il üçün ehtiyac meyarının həddi 93 manat
- 2014-cü il üçün ehtiyac meyarının həddi 100 manat
- 2015-ci il üçün ehtiyac meyarının həddi 105 manat
- 2016-cı il üçün ehtiyac meyarının həddi 105 manat
- 2017-ci il üçün ehtiyac meyarının həddi 116 manat
- 2018-ci il üçün ehtiyac meyarının həddi 130 manat
- 2019-cu il üçün ehtiyac meyarının həddi 143 manat
- 2020-ci il üçün ehtiyac meyarının həddi 170 manat
- 2021-ci il üçün ehtiyac meyarının həddi 170 manat
- 2022-ci il üçün ehtiyac meyarının həddi 200 manat (qanun layihəsi)
Yaşayış minimumunun 2007-ci ildən indiyə kimi olan artım tempi:
(Yaşayış minimumu aztəminatlı ailələrin rifahının yüksəldilməsi konsepsiyasının və Dövlət Proqramlarının hazırlanmasında və digər hallarda tətbiq edilir.)
- 2007-ci il üçün yaşayış minimumu ölkə üzrə adambaşına orta hesabla — 64 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün — 70 manat, pensiyaçılar üçün — 49,7 manat, uşaqlar üçün — 52,4 manat.
- 2008-ci il üçün yaşayış minimumu ölkə üzrə adambaşına orta hesabla 70 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 79 manat, pensiyaçılar üçün 55 manat, uşaqlar üçün 59 manat
- 2009-cu il üçün yaşayış minimumu ölkə üzrə 84 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 92 manat, pensiyaçılar üçün 65 manat, uşaqlar üçün 69 manat
- 2010-cu il üçün yaşayış minimumu ölkə üzrə 87 manat, əmək qabiliyyətli əhali üçün 96 manat, pensiyaçılar üçün 68 manat, uşaqlar üçün 72 manat
- 2011-ci il üçün yaşayış minimumu ölkə üzrə 95 manat, əmək qabiliyyətli əhali üçün 102 manat, pensiyaçılar üçün 72 manat, uşaqlar üçün 76 manat
- 2012-ci il üçün yaşayış minimumu ölkə üzrə 108 manat, əmək qabiliyyətli əhali üçün 116 manat, pensiyaçılar üçün 84 manat, uşaqlar üçün 87 manat
- 2013-cü il üçün yaşayış minimumu ölkə üzrə 116 manat, əmək qabiliyyətli əhali üçün 125 manat, pensiyaçılar üçün 94 manat, uşaqlar üçün 93 manat
- 2014-cü il üçün yaşayış minimumu ölkə üzrə 125 manat, əmək qabiliyyətli əhali üçün 136 manat, pensiyaçılar üçün 103 manat, uşaqlar üçün 103 manat
- 2015-ci il üçün yaşayış minimumu ölkə üzrə 131 manat, əmək qabiliyyətli əhali üçün 140 manat, pensiyaçılar üçün 108 manat, uşaqlar üçün 108 manat
- 2016-cı il üçün yaşayış minimumu ölkə üzrə 136 manat, əmək qabiliyyətli əhali üçün 146 manat, pensiyaçılar üçün 115 manat, uşaqlar üçün 117 manat
- 2017-ci il üçün yaşayış minimumu ölkə üzrə 155 manat, əmək qabiliyyətli əhali üçün 164,5 manat, pensiyaçılar üçün 130,2 manat, uşaqlar üçün 136,6 manat
- 2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat
- 2019-cu il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat
- 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat
- 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat
- 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 205 manat (qanun layihəsi)
Müəllif: Şəhriyar Həbilov