Media subyektinə dair tələblər müəyyənləşib.
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu, “Media haqqında” yeni qanun layihəsində əksini tapıb.
Media subyektinə dair tələblər aşağıdakılardır:
1. təsisçi fiziki şəxs olduqda Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşı olmalıdır;
2. təsisçi hüquqi şəxs olduqda onun nizamnamə kapitalında üstün iştirak payı (75 faiz) Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşına (vətəndaşlarına) və (və ya) Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş hüquqi şəxsə (hüquqi şəxslərə) məxsus olmalıdır;
3. media subyekti fiziki şəxs olduqda Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşı olmalı, bu qanunun 26.3.1–26.3.3-cü maddələrinin tələblərinə cavab verməlidır;
Aşağıdakı şəxslər media subyektinin təsisçisi (iştirakçısı) ola bilməzlər:
1. ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edilmiş şəxslər;
2. məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər;
3. məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslər;
4. siyasi partiyalar (çap mediası istisna olmaqla);
5. dini qurumlar (çap mediası istisna olmaqla).
4. Media subyektinin onun təsisçisi (iştirakçısı) olmayan xarici ölkələrin fiziki və ya hüquqi şəxsləri, onların filial və nümayəndəlikləri, həmin şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri hüquqi şəxslər, habelə xarici ölkələrin dövlət qurumları tərəfindən maliyyələşdirilməsinə yol verilmir.
5. Audiovizual media subyektinin iştirakçılarının tərkibində hər hansı bir dəyişiklik edilməzdən 1 (bir) ay əvvəl Şuraya məlumat verilməlidir. Şura dəyişikliyin bu Qanunun tələblərinə uyğun olması barədə 1 (bir) ay müddətində əsaslandırılmış rəy verir. Verilmiş müsbət rəy əsasında audiovizual media subyektinin iştirakçılarının tərkibində edilmiş dəyişikliyi təsdiq edən sənədlər 1 (bir) ay müddətində Şuraya təqdim olunmalıdır.
6. Audiovizual media subyekti Şuraya, digər media subyektləri isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təsisçiləri və iştirakçıları, habelə idarəetmə orqanının rəhbəri barədə məlumatı hər il dekabr ayının 30-dək təqdim etməlidir.
7. Media subyektinin idarəetmə orqanının rəhbəri ali təhsilli olmalı, habelə bu Qanunun 26.1.1-ci və 26.3.1–26.3.3-cü maddələrinin tələblərinə cavab verməlidir.