2024-cü ilin yanvar ayında maliyyə və sığorta sahəsində işləyənlərin orta aylıq əmək haqqı 2 289,5 manata çatıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Bu 2023-ci ilin ilk ayı ilə müqayisədə müqayisədə 250,2 manat və ya 12,3% çoxdur.
Ötən ilin eyni dövründə bu sahədə çalışanların orta aylıq əmək haqqı 2 039,3 manat idi.
Qeyd edək ki, dövlət sektrounda çalışanların orta aylıq əmək haqqı 2 713,2 manat təşkil edib ki, bu 2023-ci ilin eyni ayı ilə müqayisədə 683,7 manat və ya 33,7% çoxdur.
Özəl sektorda çalışanların orta aylıq əmək haqqı isə 2 183,2 manat olub. Bu da illik müqayisədə 141,5 manat və ya 6,9% çoxdur.