Azərbaycanda özəl sektorda çalışanlar dövlət iççilərindən iki dəfə artıq maaş alırlar. Bu barədə FED.az-a Dövlət Statistika Komitəsindən (DSK) bildirilib.
Komitədən bildirilib ki, 2017-ci ildə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 528,2 manat təşkil edib. Əvvəlki kimi, ən yüksək maaşlar neft sektorundadır - 3079,2 manat, qeyri-neft sektorunda çalışanlar ortalama ayda 468,3 manat alırlar. Dövlət müəssisələrində çalışan işçilərin orta aylıq əmək haqları 396,9 manat, özəl müəssisələrdə isə 710,4 manat olub.
Ölkədə ən yüksək maaşı neft sektorunda çalışan özəl sektor nümaynədələri alır – ortalama ayda 4600 manat. Dövlətin neft sektoranda çalışanların orta maaşı 1250 manatdır.
Dövlət və özəl sektor arasında ən böyük maaş fərqi Peşə, elmi və texniki fəaliyyət sahəsindədir. Ümumilikdə bu sahə üzrə orta maaş 1032 manatdır. Amma dövlət sektorunda bu rəqəm 390 manat olduğu halda, özəl sektorda 2217 manat və ya 5,7 dəfə artıqdır.
İstirahət, əyləncə və incəsənət sahəsində çalışanlar da özəl sektorda daha çox pul qazanırlar. Onların özəl sektorda orta maaşı 835 manat olduğu halda, dövlət müəssisələrində cəmi 228 manat və ya təqribən 3,7 dəfə azdır. Ölkədə ən az maaşı isə səhiyyə və sosial xidmətlərdə çalışanlar alır – ortalama 222,3 manat.
Ölkə üzrə ayrı-ayrı sahələrdə maaşlar belədir:
Azərbaycanda kim nə qədər maaş alır - SİYAHI, MƏBLƏĞLƏR
21:18
15 Fev 2018