Prezident İlham Əliyev Aztəminatlı ailələrə birdəfəlik yardım göstərilməsi haqqında Sərəncam imzalayıb.
FED.az xəbər verir ki, sərəncama əsasən, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 2019-cu il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 100 (bir yüz) manat məbləğində birdəfəlik yardım ödəniləcək.
Birdəfəlik yardımın maliyyələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı üçün nəzərdə tutulmuş vəsaitdən 7,6 milyon (yeddi milyon altı yüz min) manat ayrılacaq.
Maliyyə Nazirliyinə sərəmcamda nəzərdə tutulan vəsaiti ayırmaq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə isə birdəfəlik yardımı ünvanlı dövlət sosial yardımı alan ailələrin hesablarına köçürmək tapşırılıb.