2021-ci il avqustun 1-i vəziyyətinə iqtisadi fəal əhalinin sayı 5 milyon 288,8 min nəfər olmuş, onlardan 4 milyon 947,7 min nəfərini məşğul əhali, 341,1 min nəfərini və ya6,4%-ni işsiz əhali təşkil etmişdir.
Bakıda orta aylıq əməkhaqqı - 4% Azaldı
Bu barədə FED.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
İşsizlik nisbəti mayın 1-də 6,9%, iyunun 1-də 6,8%, iyulun 1-də isə 6,6% idi.
Məlumata görə, Cari il iyulun 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 690,6 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 908,1 min nəfər, qeyri-dövlət sektorunda isə 782,5 min nəfər təşkil etmişdir.
İqtisadiyyatın neft-qaz sektorunda 32,0 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 milyon 658,6 min nəfər çalışmışdır.(marja)