Bu ilin yanvar ayının 1-nə Azərbaycanda qeydiyyata alınan işsiz şəxslərin sayı 217.2 min nəfər olub, onların 47.6%-ni qadınlar təşkil edib.
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.
Qeyd olunub ki, keçən ilin əvvəlinə nəzərən qeydiyyata alınan işsiz şəxslərin sayında 0.2% azalma qeydə alınıb. Ötən ilin dekabr ayında sorğu nəticələrinə əsasən ötən ilin müvafiq dövrünə nəzərən müəssisələr üzrə işçi sayının 7.5%, yüklənmə dərəcəsinin 1.6 faiz bəndi yüksəlməsi iqtisadi aktivliyin artdığını göstərir.