Milli Məclisin bu gün keçirilən iclasında “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında qanun layihəsi müzakirəyə çıxarılıb.
FED.az xəbər verir ki, qanun layihəsinə əsasən, İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsinin gəlirləri və xərcləri bərabər olmaqla 238 milyon manat olacaq.
Müzakirələrdən sonra qanun layihəsi müzakirəyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
İşsizlikdən sığorta ödənişi nədir?
Sığorta hadisəsi baş verdikdə sığortaolunana sığortaçı tərəfindən ödənilən aylıq pul vəsaitidir.
Sığorta hadisəsi dedikdə nə başa düşülür?
Sığortaolunana sığorta ödənişinin ödənilməsi üçün əsas olan hal
Kimlər sığortaolunan hesab edilir?
Kimlər işsizlikdən sığorta ödənişi almaq üçün müraciət edə bilər?
Sığorta ödənişi dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi, habelə əmək müqaviləsinin müddəti qurtarması nəticəsində əmək münasibətlərinə xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək və Məşğulluq" altsistemində işsiz kimi qeydiyyata alınmış şəxslərə şamil olunur.