Koronavirus pandemiyası və onun6 gətirdiyi çətinliklər Azərbaycanda bəzi sahələrdə işçilərin ixtisarı və sayının azalması ilə nəticələnib.
Eləcə də bax: “BP-Azərbaycan” şirkətində ixtisarlar olacaqmı? - RƏHBƏRLİKLƏ MÜSAHİBƏ
FED.az xəbər verir ki, hökumətin aktivliyi qorumaq və ixtisarlara yol verməmək üçün sahibkarlara əmək haqqı dəstəyi bu prosesi zəiflətsə də, ixtisarların qarşısını tam almaq mümkün olmayıb. Əvəzində işçi sayının artdığı sahələr də var.
FED.az-ın məlumatına görə, ilin əvvəlindən yanvarın 1-dən mayın 1-dək olan dövrdə Azərbaycanda rəsmi əmək müqaviləsi ilə işləyənlərin sayı 30,7 min nəfər artıb. Artımın böyük hissəsi 18,6 min nəfəri özəl sektorda, 12,1 min nəfər isə dövlət sektorunda olub.
Maraqlıdır ki, dövlət sektorunda iqtisadi fəaliyyətin 19 sahəsinin 10-da işçilərin azalması, 7-də artması müşahidə edilir, 2 sahədə işçi sayı dəyişməyib.
Dövlət sektorunda işçi sayının ən çox azalması mədənçıxarma sənayesi (1,5%), səhiyyə (1,2%), kənd təsərrüfatı (2,6%) və enerji istehsalı (3,7%) və su təchizatı (3,3%) və digər sahələrdə (5%) baş verib. Əvəzində inzibvati və yardımçı xidmətlərdə işçi sayı 31%, turizm (11,1%), maliyyə və sığorta fəaliyyəti (5,8%) sahələrində işçilər artıb
Özəl sektorda işçi sayının ən çox artdığı sahələr kənd təsərrüfatı (13%), tikinti (13,3%), nəqliyyat və anbar təsmərrüfatıdır (4,3%). Əvəzində özəl sektorda təhsil sahəsində çalışanların sayı 15,3%, turizmdə isə 7,5%, mədənçıxarma sənayfesində 4,6%, istərahət və əyləncədə isə 4,5% azalıb.