Cari ilin ilk 4 ayı ərzində 83 ölkənin vətəndaşına 19 iqtisadi fəaliyyət növü üzrə iş icazələri verilib.
FED.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti məlumat verib
Qeyd edilib ki, ölkədə iş icazəsi alan əcnəbilər arasında Türkiyə Respublikası vətəndaşları üstünlük təşkil edir. İqtisadi fəaliyyət növləri arasında isə daha çox tikinti, mədənçıxarma və emal sənayesi üzrə iş icazələri verilib. (Apa)