2024-cü il mayın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5 milyon 260,1 min nəfər olub,
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə onlardan 4 milyon 973,1 min nəfərini məşğul əhali təşkil edib.
Cari il aprelin 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 748,9 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 899,8 min nəfər, qeyri-dövlət sektorunda isə 849,1 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 31,6 min nəfər, qeyri neft-qaz sektorunda isə 1717,3 min nəfər çalışıb.
Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,7 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,2 faizi emal sənayesində, 6,6 faizi tikintidə, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,0 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,9 faizi mədənçıxarma sənayesində, 1,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.
Xidmət sahəsində işləyənlərin 19,0 faizi təhsil, 18,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,4 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,4 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 5,1 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 4,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət, 3,1 faizi istirahət, əyləncə və incəsənət, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,2 faizi maliyyə və sığorta fəaliyyəti, 1,9 faizi informasiya və rabitə, 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi və 1,0 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışıbar.
2024-cü ilin I rübünün sonuna ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş və müddəti uzadılmış iş icazələrindən qüvvədə olanlara malik olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 2531 nəfər olub.
Onlardan 48,5 faizi tikintidə, 8,2 faizi emal sənayesində, 7,5 faizi mədənçıxarma sənayesində, 7,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 4,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 3,8 faizi informasiya və rabitə və 20,2 faizi digər sahələrdə məşğul olmaq üçün iş icazələrinə malik olub.
2024-cü ilin yanvar-mart aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 140,2 saat təşkil edib.
2024-cü il may ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 209,1 min nəfər olmuş, onların 43,0 faizini qadınlar təşkil etmişdir. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 412,0 manat olub..